ZİBİLİ ÇIXMAQ
ZİBİLİ KOMADAN ÇIXARMAQ
OBASTAN VİKİ
Dizə
Dizə (Ordubad) — Azərbaycanın Ordubad rayonunda kənd. Dizə (Culfa) — Azərbaycanın Culfa rayonunda kənd. Dizə (Şərur) — Azərbaycanın Şərur rayonunda kənd. Dizə nekropolu - Şərur rayonundakı eyniadlı kəndin yaxınlığında yerləşən nekropol. Nəcəfəlidizə (keçmiş yazılış qaydası Nəcəfəli Dizə) — Azərbaycanın Babək rayonunda bir kənd. Dizəzinə dağı - Babək rayonundakı Nəcəfəlidizə kəndinin yaxınlığında, Zəngəzur silsiləsində yerləşən dağ. Kalbaoruc Dizə (keçmiş adı Oruc Dizə) — Azərbaycanın Babək rayonunda bir kənd. Kələntər Dizə — Azərbaycanın Ordubad rayonunda bir kənd. Məmmədrza Dizə (keçmiş adı Yeniyol) — Azərbaycanın Babək rayonunda bir kənd.
Qaranlıqdan çıxmaq
"Qaranlıqdan çıxmaq" (ivr. ‏עלטה‏‎, ərəb. ظلام‎, ing. Out in the Dark) — israilli rejissor Mixael Mayerin 2012-ci ildə, dram janrında çəkilmiş filmi. Filmin təqdimatı ilk dəfə Toronto Film festivalında, 2012-ci ilin sentyabr ayında baş tutmuşdu. İsrail kinoteatrlarında film seyircilərə 28 fevral 2013-cü ildə təqdim olunmuşdu. Bu, İsraildə anadan olmuş və hal-hazırda Los Ancelesdə yaşayan rejissor Mixael Mayerin ilk tammetrajlı debüt filmi hesab olunur. Baş rolda Nikolas Yakob (Nimr Məşravi obrazında) və Mixael Aloni (Roy Şefer obrazında) oynamışdırlar. 96 dəqiqə davam edən dram filmi, İsrail-Fələstin münaqişəsinin müxtəlif tərəflərindən olan iki homoseksual kişi arasında baş vermiş romantik əlqələrdən bəhz edir. == Filmin xülasəsi == Nimr xaricdə təqaüd almaq arzusunda olan iddialı Fələstinli psixologiya tələbəsidir.
Baş Dizə
Baş Dizə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd.Aza kənd bələdiyyəsinin tərkibindədir. Rayonun mərkəzindən 25 km qərbdə, Arazın sol sahilindədir. Əhalisi 458 nəfər(2000); Bağçılıq, əkinçilik və heyvandarlıqla məşğuldur. Orta məktəbi, kulubu, tibb məntəqəsi var. Ərazisindəki qəbiristanlıqda orta əsrlərə aid qəbirüstü qoç daş heykəllər olmuşdur. == Tarixi == Baş Dizə Ordubad rayonunun Aza inzibati ərazi vahidində kənd. Zəngəzur silsiləsinin ətəyindədir. Oykonim "Böyük Dizə" deməkdir. Dizə komponenti türkdilli xalqların toponimiyasında "kənd", İran dillərində "hasar", "qala divarı", "qala" mənalarını ifadə edir. Baş sözü kəndin adına onu eyniadlı yaşayış məntəqələrindən fərqləndirmək üçün əlavə olunmuşdur..
Dizə (Culfa)
Dizə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. == Toponomiyası == Düzənlikdədir. Keçmiş adı Kərimqulu Dizə olmuşdur; Dizə coğrafi adlarının əsasını təşkil edən dizə sözü qədim İran dillərində "divar, hasar", "möhkəmləndirilmiş Ģəhər", "qala divarı", "qala", "istehkam" mənalarında, bir sıra türk dillərinə, o cümlədən Azərb. dilinə keçərək "kənd" mənasında işlənir. Oykonimə əlavə edilən Kərimqulu komponenti həmin yaşayış məntəqələrini bir-birindən fərqləndirməyə, coğrafi mövqelərini müəyyənləşdirməyəvə vaxtilə kimə mənsub olduğunu göstərməyə xidmət edir. == Əhalisi == Əhalisi 1114 nəfərdir.
Dizə (Ordubad)
Dizə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd.Vənənd bələdiyyəsinin tərkibindədir. Rayonun mərkəzindən 18 km şimal-qərbdə, Ordubad-Unus avtmobil yolunun kənarında yerləşir. Əhali bağçılıq, tərəvəzçilik və əkinçiliklə məşğuldurlar. == Toponimikası == Zəngəzur silsiləsinin ətəyindədir. Keçmiş adı Cəfərxan Dizəsi olmuşdur; Bir çox coğrafi adlarının əsasını təşkil edən dizə sözü qədim İran dillərində "divar, hasar", "möhkəmləndirilmiş şəhər", "qala divarı", "qala", "istehkam" mənalarında, bir sıra türk dillərinə, o cümlədən Azərb. dilinə keçərək "kənd" mənasında işlənir. Oykonimlərə əlavə edilən baş, Kələntər, qoşa, Kərimqulu, Oruc və s. komponentlər həmin yaşayış məntəqələrini bir-birindən fərqləndirməyə, coğrafi mövqelərini müəyyənləşdirməyə və vaxtilə kimə mənsub olduğunu göstərməyə xidmət edir. == Tarixi == Ordubad rayonunun Vənənd inzibati ərazi vahidində kənd. Zəngəzur silsiləsinin ətəyindədir.
Dizə (Şərur)
Dizə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dizə kəndi Oğlanqala kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Dizə kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Arpa çayının sahilində, Şərur düzündədir. Dizə coğrafi adlarının əsasını təşkil edən dizə sözü qədim İran dillərində "divar, hasar", "möhkəmləndirilmiş Şəhər", "qala divarı", "qala", "istehkam" mənalarında, bir sıra türk dillərinə, o cümlədən Azərbaycan dilinə keçərək "kənd" mənasında işlənir. == Əhalisi == Əhalisi 1758 nəfərdir.
Dizə (Əlburz)
Dizə (Əlburz) (fars. دیزج‎) iranın Qəzvin ostanının Əlburz şəhristanının Məhəmmədiyə bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 234 nəfər yaşayır (82 ailə).
Dizə kurqanları
Dizə kurqanları — Naxçıvan Muxtar Respublikası Şərur rayonu ərazisində yerləşən kurqanlar. == Haqqında == Kurqanlar Şərur rayonunun Dizə kəndi yaxınlığında, Arpaçayın sağ sahilində, dağ silsiləsinin ətəyində yerləşir. Kurqanlar hündürlüyü yer səthindən 1-1,5 m, diametri 3-5 m olan oval təpə formasındadır. Bəzi kurqanların torpaq örtüyü tamamilə aşınmışdır. Kurqanların biri elektrik dirəyi üçün çuxur qazılarkən dağıdılmış, buradan monoxrom boyalı qablar aşkar edilmişdir. Araşdırmalar zamanı kurqanların yerləşdiyi ərazidə müxtəlif dövrlərə aid abidələrin olduğu müəyyən olunmuşdur. Dizə kurqanlarını e.ə. 3-2 minilliklərə aid etmək olar..
Dizə məhəlləsi
Dizə məhəlləsi — Naxçıvan şəhərində qədim məhəllə == Tarixi == "Dizə" toponimi Naxçıvan Muxtar Respublikasında geniş yayılmışdır. Muxtar respublikanın əksər rayonlarında belə yer adları var. Mütəxəssislərin fikrincə, Dizə bir neçə ailənin yığışıb,kiçik bir məhəllədə,yaxud kənddə məskunlaşması deməkdir. Dizə məhəlləsi şəhərin indiki məişət xidmət evi,elmi mərkəz,avtovağzala qədər olan ərazisini əhatə edirmiş. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 106-107. ISBN 5-8066-1468-9.
Dizə nekropolu
Dizə nekropolu — Şərur rayonunda eyniadlı kəndin qərbində ilk tunc dövrünə aid arxeoloji abidə. == Ümumi məlumat == Nekropol Dizə kəndindən qərbdə, Ovçular təpəsi yaşayış yerinin şimalında yerləşir. Abidə erkən tunc dövrünə aiddir. Yerüstü əlaməti olmadığından nekropolun sahəsini dəqiq müəyyənləşdirmək mümkün olmamışdır. Abidə Ovçular təpəsinin Arpaçaya enən yamacında yerləşir. Nekropol qərb tərəfdən Arpaçayla məhdudlaşır. Abidə 1969-cu ildə təsərrüfat işləri görülərkən təsadüfən aşkar olunmuşdur. Burada dağıdılmış iki qəbirin materialları R.B.Göyüşov və V.H.Əliyev tərəfindən nəşr edilmişdir. Birinci qəbirin kamerasının bir hissəsi salamat qalmışdı. Onun divarları çay daşlarından palçıqla hörülmüşdür.
Kalbaoruc Dizə
Kalbaoruc Dizə (əvvəlki adı: Oruc Dizə (?-1 mart 2003)) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məmmədrza Dizə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məzrə kənd inzibati ərazi dairəsi tərkibindəki Oruc Dizə kəndi Kalbaoruc Dizə kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Kalbaoruc Dizə kəndi Məzrə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Məmmədrza Dizə kəndi mərkəz olmaqla, Məmmədrza Dizə kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Oruc dizə olmuşdur. Oykonim Kalbaoruc (Kərbalayı Oruc şəxs adının təhrifə uğramış formasıdır) və dizə qədim İran mənşəli termin olub "kənd", "qala" komponentlərindən düzəlmişdir. Sonralar oykonimin tərkibindəki kalba sözü düşmüşdür. 2003-cü ildən kəndin adı yenidən Kalba Oruc dizə kimi rəsmiləşdirilmişdir. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Naxçıvançayın sahilində, Zəngəzur silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kələntər Dizə
Kələntər Dizə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd. == Tarixi == Orta əsrlərdə kəndin yaxınlığında Kiran şəhəri yerləşirdi. 29 mart 2005-ci ildə Kələntər Dizə və Qoşadizə kəndləri Sabirkənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qoşadizə kəndi mərkəz olmaqla, Qoşadizə kənd inzibati ərazi dairəsi yaradılmışdır.Aza bələdiyyəsinin tərkibindədir. Rayonun mərkəzindən 21 km şimalda, Ordubad-Naxçıvan avtomobil yolunun kənarındadır. Əhalisi 226 nəfər(2000); Klubu, kitabxanası, tibb məntəqəsi var. Məzrə -Ordubad rayonunda kənd,Üstüpü bələdiyyəsinin tərkibindədir. Rayonun mərkəzindən 40 km şimal-qərbdədir. Əhalisi bağçılıq, əkinçilik və heyvandarlıqla məşğuldur. Orta məktəbi, kulubu, kitabxanası, tibb məntəqəsi var. == Əhalisi == Əhalisi 271 nəfərdir.
Məmmədrza Dizə
Məmmədrza Dizə (əvvəlki adı: Yeniyol) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məmmədrza Dizə kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məzrə kənd inzibati ərazi dairəsi tərkibindəki Yeniyol kəndi Məmmədrza Dizə kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 30 sentyabr 2003-cü il tarixli, 500-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Məmmədrza Dizə kəndi Məzrə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Məmmədrza Dizə kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət evi mövcuddur. == Təhsil == Kənddə Məmmədrza Dizə kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə 1994-cü ildə inşa edilmiş Məmmədrza Dizə kənd məscidi yerləşir. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcuddur.
Sumbatan-Dizə
Sumbatan Yaşayış Yeri — Оrdubad rayоnunda, Sabirkəndin cənub-qərbində, Gilançayın sağ sahilində , Ordubad–Naxçıvan yolundan 800 m şimalda, , eyni adlı dağın üzərində yerləşir,Rəsul və Süleyman dərələrini əhatə edir. == Tarixi == Arxeoloji tədqiqatlardan öyrənirik ki, Sumbatan-Dizə yaşayış yeri E.ə. II minilliyin sonu – I minilliyin əvvəllərində Sumbatan dağının zirvəsini və yamaclarını əhatə edən, ilk vaxtlarda qəbilə birləşmələrinin mərkəzi olan bu 6–7 hektarlıq kənd genişlənərək bir neçə əsr ərzində 20 hektarlıq yaşayış yerinə çevrilir.. Azərbaycan ərazisində bu tip relyefə uyğunlaşdırılmış şəhərlər çox olmuşdur. Azərbaycanda bu tipli kənd yerləri tədricən müdafiə divarları ilə möhkəmləndirilərək şəhərlərə çevrilmişlər. E.ə. II minilliyin sonlarında ətrafı müdafiə divarları ilə möhkəmləndirilmiş şəhərlərdən biri də Sumbatan-Dizə olmuşdur. Sumbatan-Dizə şəhəri bir neçə dəfə dağıntıya məruz qalsa da bərpa edilmiş və sasanilər dövrünə qədər şəhər kimi mövcud olmuşdur. Əhəmənilər dövründən sonra ikinci dəfə sasanilər zamanı güclü dağıntıya məruz qalmış Sumbatan-Dizə, şəhər kimi öz funksiyasını itirmiş və kiçik yaşayış məskəninə çevrilmişdir. Bu qədim şəhər öz adını günümüzə qədər qoruyub saxlamışdır.
Pornoqrafiyaya qarşı çıxmaq
Pornoqrafiyaya qarşı çıxma səbəbləri arasında dini etirazlar, feminist narahatlıqlar və pornoqrafiya asılılığı kimi zərərli təsirlərin sübutları var. == Dini baxışlar == Əksər dünya dinlərinin müxtəlif səbəblərdən pornoqrafiyaya qarşı mövqeləri var. Bütün fəqih və din alimlərinə görə, əxlaqsız şəkillərə və təhrikedici və şəhvətsevərlərə baxmaq qadağandır. Quran 24: 30 -da buyurulur: "Tanınan kişilərə de ki, gözlərini aşağı salsınlar və eyblərini qorusunlar, çünki bu onlar üçün daha təmizdir. Allah nə etdiklərinizdən xəbərdardır." == Feminist baxışlar == Bəzi feministlər, qadınları istismar edən və qadınlara qarşı zorakılığın ortağı olan bir sahə olduğunu iddia edərək, pornoqrafiyaya qarşı çıxırlar. == Mühafizəkar baxışlar == == Zərərə əsaslanan fikirlər == 1982 -ci ildə Zillman tərəfindən edilən bir araşdırma, pornoqrafiyaya uzun müddət məruz qalmağın həm kişiləri, həm də qadınları cinsi şiddət qurbanlarına qarşı həssaslaşdırdığını göstərdi. Zillman kimi bəzi tədqiqatçılar, pornoqrafiyanın cinsi təcavüz nisbətlərini artıraraq cəmiyyətə birmənalı ziyan vurduğuna inanırlar.
Sırxa Dizə (Tarım)
Sırxa Dizə və ya Surxəzə (az.-əbcəd سورخزه‎, fars. سرخه دیزج‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 313 nəfər yaşayır (98 ailə).
Dənizə Çıxmaq Qorxuludur (1973)
== Məzmun == Kinolentdə 1919-cu ildə Rusiyaya lazım olan yanacağı Bakıdan Həştərxana dəniz yolu ilə, həm də gizlin şəkildə çatdıran xüsusi dəniz ekspedisiyasının fəaliyyətindən bəhs olunur. == Film haqqında == Film yazıçı Hüseyn Abbaszadənin eyniadlı hekayəsinin motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Əsərin müəllifi: Hüseyn Abbaszadə Quruluşçu rejissor: Ənvər Əbluc Ssenari müəllifi: Vera Qonçarova, Ramiz Fətəliyev, Ənvər Əbluc Quruluşçu operator: Fəraməz Məmmədov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Xəyyam Mirzəzadə Səs operatoru: Kamal Seyidov === Rollarda === Sadıq Həsənzadə — Ələsgər Rauf Qəniyev — Murtuz Fərhad İsrafilov — Novruz Anatoli Falkoviç — ingilis zabiti A.Firsov — ağqvardiyaçı === Filmi səsləndirənlər === Yusif Vəliyev — Ələsgər (Sadıq Həsənzadə) (titrlərdə yoxdur) Həsən Əbluc — Murtuz (Rauf Qəniyev) (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 220; 310.
Baş Dizə yaşayış yeri
Bаş Dizə yаşаyış yеri — Хаlq аrаsındа qаlа аdlаnır. Yаşаyış yеri kəndin içərisində оlаn hündür təpənin üzərindədir. Аbidənin yеrləşdiyi ərаzi hər tərəfdən sıldırım qаyаlаrlа əhаtə оlunmuşdur. Qаlаyа yаlnız cənub tərəfdə yеrləşən dаr cığırlа qаlхmаq mümkündür. Аbidənin cənub qismində yаşаyış binаlаrının qаlıqlаrınа rаstlаnır. Tikintilər tаmаmilə dаğıldığındаn оnlаrın plаnını müəyyən еtmək mümkün оlmаmışdır. Аrаşdırmаlаr zаmаnı qаlаnın cənub ətəyindən Оrtа əsrlərə аid kеrаmikа pаrçаlаrı аşkаr оlunmuşdur. Baş Dizə yаşаyış yеrini III–XIX əsrlərə аid еtmək оlаr.
Dənizə çıxmaq qorxuludur (film, 1973)
== Məzmun == Kinolentdə 1919-cu ildə Rusiyaya lazım olan yanacağı Bakıdan Həştərxana dəniz yolu ilə, həm də gizlin şəkildə çatdıran xüsusi dəniz ekspedisiyasının fəaliyyətindən bəhs olunur. == Film haqqında == Film yazıçı Hüseyn Abbaszadənin eyniadlı hekayəsinin motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Əsərin müəllifi: Hüseyn Abbaszadə Quruluşçu rejissor: Ənvər Əbluc Ssenari müəllifi: Vera Qonçarova, Ramiz Fətəliyev, Ənvər Əbluc Quruluşçu operator: Fəraməz Məmmədov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Xəyyam Mirzəzadə Səs operatoru: Kamal Seyidov === Rollarda === Sadıq Həsənzadə — Ələsgər Rauf Qəniyev — Murtuz Fərhad İsrafilov — Novruz Anatoli Falkoviç — ingilis zabiti A.Firsov — ağqvardiyaçı === Filmi səsləndirənlər === Yusif Vəliyev — Ələsgər (Sadıq Həsənzadə) (titrlərdə yoxdur) Həsən Əbluc — Murtuz (Rauf Qəniyev) (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 220; 310.
ассири́янка бомбо... доёнка информати́вно обыва́тельщина перпендикуля́рный под сво́ды пря́ник роза́рий чужа́чка недорабо́тать ости́стый сцара́пывать тля ядохимика́ты Alvan angekok boycott case-man courtesy interlibrary many sandboy unfigured сургучный